Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:33

Əhmədinejad sanskiyaları lazımsız kağız parçası hesab edir


İranın prezidenti Mahmud Əhmədinejad BMT Təhlküəsizlik Şurasının onun ölkəsinə yeni sanskiya qərarını lazımsız kağız parçası adlandırıb:

- Bizim əleyhimizə o qərarı qəbul edənlərdən birinə dedim ki, sizin bu qərarınız heç nəyə yaramayan kağız parçasıdır. İndi siyasi meydan yalnlar, təcavüzkarlıq səhnəsinə dönüb.

Təhlükəsizlik Şurası iyunun 9-da nüvə proqramında beynəlxalq təşkilatlarla əməkdaşlıq etmədiyi üçün İrana dördüncü sanksiyasını qəbul edib. Qərb və ABŞ İranın bu proqramının nüvə silahı yaratmaq üçün olduğunu desə də Tehran bundan imtina edir.

ABŞ prezidenti Barak Obama da bildirib ki, indi İran hakimiyyəti daha sərt sanskiyalarla üz-üzədir, amma diplomatiya yolu da hələ tam bağlanmayıb.
Yeni sanksiyalarda maliyyə məhdudiyyətləri və silah embarqosunun genişləndirilməsi nəzərdə tutulur.
XS
SM
MD
LG