Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:41
Müxalifət partiyalarının Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərə birgə qiymət vermək istəyi baş tutmayıb.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AzadlıqRadiosuna deyib ki, birgə müzakirə ilə bağlı müraciətlərinə Müsavat Partiyası mənfi cavab verdiyindən onların iyunun 10-na təyin etdikləri toplantı baş tutmayıb.

Sərdar Cəlaloğlunun sözlərinə görə, Müsavat birgə müzakirələrin əleyhinə olduğunu və bu məsələyə artıq partiyanın münasibət bildirdiyini deyib.

Partiya lideri müxalifətin belə vacib məsələdə bir araya gələ bilməməsini çox pis hal kimi qiymətləndirir:

«Dünya təcrübəsi göstərir ki, hətta düşmənlər belə ümumi maraqlar tələb olunanda eyni mövqeden çıxış edirlər. Amma bu gün Azərbaycan müxalifəti o qədər apolitik (qeyri-siyasi) vəziyyətdədir ki, hətta ümummilli maraqlarda belə bir araya gələ bilmir».

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə deyib ki, onlar Demokratiya Uğrunda İttifaqla birgə iyunun 9-da bu məsələyə münasibət bildiriblər:

«Görünür Sərdar Cəlaloğlu təşəbbüsdə bir qədər gecikib və kiminlə istəsə onunla da birgə məsələyə münasibət bildirə bilər».

Yeni Azərbaycan Partiyasının hazırladığı Seçki Məcəlləsinə dəyişiklik layihəsi iyunun 9-da parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən keçib. Layihədə seçki kampaniyasını 75 gündən 60 günə, təbliğat-təşviqat müddətini isə 28 gündən 23 günə endirmək nəzərdə tutulur. Bundan başqa, layihədə namizədlərə dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılmaması təklifi də yer alıb.

Sənəd iyunun 18-də parlamentin plenar iclasında müzakirə olunacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG