Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:04

Əhmədinejat Çinə gedir


İran prezidenti Mahmud Əhmədinejat iyunun 10-da Çinə gedir. Bundan bir gün əvvəl Çin İrana qarşı yeni sanksiyaların tətbiqini dəstəkləyib.

Çin Tehranın müttəfiqi olmaqla yanaşı, həm də əsas ticarət ortaqlarından biridir.

Pekin uzun müddət Tehrana qarşı sanksiyaların tətbiqinə meylsiz yanaşsa da, sonunda BMT Təhlükəsizlik Şurasının qətnaməsini dəstəkləyib.

İranın nüvə enerji rəsmisi Əli Əkbər Salehi deyib ki, «Çin yavaş-yavaş İslam dünyasında hörmətli mövqeyini itirir».

Bununla belə Çinin Xarici İşlər naziri əmin olduğunu bildirib ki, səsvermənin nəticəsi İranla münasibətlərə təsir etməyəcək.

İran prezidentinin Şanxayda «World Expo» sərgisində iştirak edəcəyi və çinli rəsmilərlə danışıqlar aparacağı planlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG