Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:18

Məcburi köçkünlər öz evlərinə qayıtmayacaq


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov
Kürün basdığı və bəndlər arasında tikilmiş evlər bərpa olunmayacaq.

Bunu iyunun 10-da fövqəladə hallar naziri Kəmaləddin Heydərov hökumət komissiyasının Sabirabada keçirdiyi müşavirədə deyib.

«Həmin evlərin əvəzində təhlükəsiz yerdə evlər tikiləcək. Təhlükəsiz yerlərdə kəndlər və qəsəbələr salınacaq. Yəqin, bunun həyata keçirilməsi uzun müddət tələb edəcək. Gələcəkdə Kür, Araz sahilləri boyunca, bəndlər arasında tikilən binalar, evlər də təhlükəsiz yerlərə köçürüləcək».

Nazir bildirib ki, fəlakət zonasında təhlükəli olmayan kəndlərdəki çiy kərpicdən tikilən evlər də söküləcək, daha möhkəmləri tikiləcək:

«Təbiət bu il bu cür şıltaqlıq etdi, gələn il başqa cür edə bilər. Heç kim təminat verə bilməz ki, sabah həmin evlər suyun altında qalmayacaq.
Havaların yaxşı keçməsi ilə bağlı təcili qərarların qəbul olunması ilə bağlı fəaliyyət istiqaməti götürülüb. Hansı kəndlər üçün təhlükə yoxdur, orada çiy kərpicdən olan evlər söküləcək, daha möhkəm evlər tikiləcək. Daşdan tikilən evlərin də təhlükəsizliyi yoxlanacaq. Elə bir təhlükəsi yoxdursa, onlar təmir olunacaq və əhali evlərinə qayıdacaq».

Sabirabaddakı bugünkü müşavirədə həmçinin alt komissiyalar yaradılıb. Operativ şəkildə fəaliyyət göstərəcək alt komissiyalar bunlardır: nəqliyyat, rabitə, meliorasiya, energetika, su təsərrüfatı, fövqəladə hallar.

Alt komissiyalar əhalinin evlərinin yenidən bərpası, dəymiş zərərin ödənilməsi ilə bağlı ilk tapşırıqlarını artıq alıb.

Yaradılan alt komissiyalara qısa müddətdə - 3 gün ərzində görülən işlər barədə hökumət komissiyasına məlumat verməsi tapşırılıb:

«İndiyə qədər görülmüş işlər davam etdiriləcək. Güman edirik ki, qısa müddət ərzində həm bənd bərkitmə, həm içməli su təchizatı, həm suvarma sularının suvarılan torpaqlara çatdırılması, həm də enerjinin bərpası, qaz sahəsi ilə bağlı yaradılan alt komissiyalar işə başlayacaqlar».

Nazir K. Heydərovun sözlərinə görə, müşavirədə yaradılan bəzi komissiyalara su basma təhlükəsi olmayan kəndlərin bərpasına başlanması barədə vaxt verilib:

«Təhlükə olan ərazilərlə bağlı kənd ağsaqqallarının razılığı ilə yerlər seçiləcək. Qısa müddət ərzində evlər tikiləcək və əhali ora köçürüləcək».

Nazir jurnalistlərə açıqlayıb ki, prezidentin sərəncamına müvafiq olaraq proqram hazırlanır, Kür və Araz sahillərində hidrotexniki qurğuların tikilməsi nəzərdə tutulur. /APA/

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG