Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:07

Kütləvi aksiyaların keçirilməsi üçün yeni yerlər müəyyənləşdirilib


Bakı şəhər İcra Hakimiyyəti kütləvi aksiyaların keçirilməsi üçün yeni yerlər müəyyənləşdirib.

Bu barədə ATƏT-in Bakı Ofisinin rəhbəri səfir Əli Bilgə Cankorel deyib. Səfir bildirib ki, bu günlərdə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşüb, görüşdə tərəflərin daha sıx əməkdaşlıq etməsi qərarına gəlinib.

ATƏT rəsmisi qeyd edib ki, «aksiyalarla bağlı bir sıra şikayətlər var və bu şikayətlərin nəyə dayandığını araşdırmaq lazımdır. İcra başçılarının öz, müxalifət partiyalarının isə öz nöqteyi-nəzəri var».

Səfir Bakı şəhərində kütləvi tədbirlər keçirilməsi üçün ayrılmış 11 yerin 3-ə endirilməsinə də münasibət bildirib və kütləvi tədbirlərlə bağlı meriyanın yeni siyahı hazırladığını vurğulayıb:

«Yeni siyahıda köhnə siyahıda olub etiraz edilən bəzi yerlər çıxarılıb, əlavə bəzi yerlər daxil edilib». /APA/

XS
SM
MD
LG