Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:23

ABŞ cəmiyyəti Qarabağ problemini tam mahiyyətilə başa düşmür


Amerika cəmiyyəti Dağlıq Qarabağ problemini tam mahiyyəti ilə başa düşmür, amma rəsmi Vaşinqton regional problemlərə diqqətlə yanaşır.

ANS-in məlumatına görə bunu Bakıda səfərdə olan ABŞ-ın “Stratfor" Qlobal Analitika Mərkəzinin prezidenti Corc Fridman jurnalistlərə açıqlamasında deyib.

Regional problemlərə vaxt ayırmağın olduqca vacibliyini vurğulayan Corc Fridman deyib ki, ABŞ-İran, ABŞ-Türkiyə münasibətiləri dəyişir, ABŞ-Azərbaycan münasibətləri də dəyişməli olacaq.

“Azərbaycan bir neft ölkəsi kimi Birləşmiş Ştatlar üçün olduqca maraqlıdır və düşünmürəm ki, ABŞ Dağlıq Qarabağ məsələsini aydın başa düşür”- deyə o vurğulayıb.


XS
SM
MD
LG