Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:55

Mətbuat Şurasında qəzet satışı ilə bağlı problemləri araşdıracaq qrup yaradılıb


İyunun 9-da Mətbuat Şurasında səyyar qəzet və jurnal satışı ilə bağlı yaranan problemləri araşdıracaq işçi qrup yaradılıb.

Bakının bir sıra yerlərində səyyar qəzet satışı ilə bağlı son vaxtlar yaranan vəziyyət müzakirə olunandan sonra belə qərar qəbul olunub.

Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadənin AzadlıqRadiosuna verdiyi məlumata görə, müzakirələrdən sonra Şura sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğludan və İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadədən ibarət işçi qrup yaradılıb:

«İşçi qrup vəziyyəti araşdıracaq, sonra bu barədə Mətbuat Şurasının İdarə Heyətinə məlumat verəcək. Sonra həmin məlumatların əsasında hansı aidiyyatı qurumlara müraciət olunacağı müəyyənləşdiriləcək».

Son vaxtlar səyyar qəzet satanlar paytaxt Bakıda onlara maneələr olduğunu bildirirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG