Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:47

Azərbaycanlı uşaq gənc səfir seçilib


İyunun 2-dən 5-dək Norveç Krallığının Stavanger şəhərində «Young Agenda» təşkilatı tərəfindən Ətraf mühitin mühafizəsi üzrə Beynəlxalq Uşaq Konfransı keçirilib.

Konfransda 33 ölkədən 300-dək nümayəndə iştirak edib.

10-14 yaşlı uşaqlar arasında enerji məhsulları və onun istifadəsi haqda müzakirələr aparılıb. Enerjinin istifadəsinin ətraf mühitə təsiri barədə məlumat əldə etmələri üçün mühazirələr, təlimlər və ekskursiya kimi vasitələrdən istifadə olunub.

Konfrans zamanı Ətraf Mühitin mühafizəsi üzrə Gənc Səfir vəzifəsinə seçkilər keçirilib.

Səsvermə nəticəsində 2 il müddətinə Uels, Zambiya və Azərbaycandan bir nəfər olmaqla Ətraf Mühitin mühafizəsi üzrə Gənc Səfirlər seçilib.

Azərbaycanı 2 il müddətinə həmin qurumda Rüfət Dərgahlı təmsil edəcək.

Gənc səfirin öhdəliklərinə «Young Agenda» və Ətraf mühitin mühafizəsi üzrə Beynəlxalq Uşaq Konfransının Proqram Komitəsi ilə işləmək, uşaq iclaslarının gündəliyini hazırlamaq, təşkilatçılığı həyata keçirmək, o cümlədən konfrans materiallarını hazırlamaq, seminarları təsdiq etmək, konfrans haqqında yenilənmiş məlumatları Proqram Komitəsinə çatdırmaq və s. daxildir.

Növbəti beynəlxalq konfransın 2012-ci ildə keçiriləcəyi planlaşdırılır.
XS
SM
MD
LG