Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:58

CNN Azərbaycan Xalq Cümhuriyyəti barədə reportaj yayacaq


CNN İnternational televiziya şəbəkəsi həftə sonu Azərbaycanla bağlı reportaj verəcək.

Reportaj Şərqdə, müsəlman dünyasında ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti (1918-20) və onun irsindən bəhz edir.

ANS Televiziyasının hazırladığı bu reportaj iyunun 12-dən başlayaraq, 4 gün ərzində nümayiş olunacaq.

ANS Televiziyası ilə CNN İnternational arasında əldə olunan razılaşmaya əsasən, CNN kanalı mütəmadi olaraq, Azərbaycandan videosüjetlər yayımlayacaq. Reportajların müəllifi və aparıcısı jurnalist Sevinc Osmanqızıdır.

Bu silsilədən olan ilk reportajı aşağıdakı gün və saatlarda CNN İnternational kanalında izləmək olar:

12 iyun, şənbə:
05:30 GMT, Bakı vaxtı ilə saat 09:30
13:30 GMT, Bakı vaxtı ilə saat 17:30

13 iyun, bazar günü:
01:30 GMT, Bakı vaxtı ilə saat 05:30

14 iyun, bazar ertəsi:
08:30 GMT, Bakı vaxtı ilə saat 12:30

15 iyun, çərşənbə axşamı
03:30 GMT, Bakı vaxtı ilə saat 07:30

Azərbaycandan olan süjetləri www.cnn.com saytından da izləmək mümkün olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG