Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:34

AzadlıqRadiosunun saytında keçirilən "Ədəbi Azadlıq" qısa hekayə müsabiqəsinin iyunun 10-da mükafatlandırma mərasimi keçiriləcək.

Artıq qaliblər müəyyənləşib, amma onların adları mərasimdə elan ediləcək.

"Caspian Plaza" biznes mərkəzində (Cəfər Cabbarlı 44) saat 15 00-da keçiriləcək tədbirdə həm də müsabiqəyə təqdim edilən əsərlərin arasından seçilən 50 hekayənin daxil edildiyi kitabın da təqdimatı olacaq.

Qeyd edək ki, müsabiqə 3 mərhələdə keçirilib:

İlk turda Münsiflər Heyətinin üzvləri müəlliflərin adlarını bilmədən 150 hekayədən 10-unu seçmişdilər. Onluğa bu hekayələr seçilib:

Sevinc Pərvanə, "Salavat"
Sahilə İbrahimova, "Mən deyildim"
Sahilə İbrahimova, "Avqustun iyirmi üçünə üç gün qalmış"
Reyhan Yusifqızı, "Ağcaqanad"
Eyvaz Zeynalov, "Əli metroda işləyir"
Hacı Nərimanoğlu, "Məni anamın yanına aparın haaaaaaaaa......"
Mirmehdi Ağaoğlu, "Mərəz"
Aysel Şakirqızı, "Sərdabə"
Abbas Atilay, "Daun sindromlu hamam"
Aydın Səlimov, "Dovşan qəfəsi"

İkinci turda Azadlıqradiosu.az saytının “Oxu zalı” səhifəsində oxucuların səsverməsi keçirilib. Bu dəfə öz rəylərini oxucular bildiriblər. Səsvermədə 834 nəfər iştirak edib.

Üçüncü mərhələdə isə münsiflər saytdakı səsvermənin nəticələrinə istinad etməklə onluqdakı hekayələrə əlavə ballar veriblər.

Bu 3 turun nəticələrinin toplanması ilə müsabiqənin 3 qalibi müəyyənləşib. Müsabiqənin mükafatları:

1-ci mükafat - Noutbuk,
2-ci mükafat - Netbuk,
3-cü mükafat - rəqəmsal fotoaparat.

Bundan başqa qaliblərə və onluğa hekayəsi düşən iştirakçılara Azadlıq Radiosunun suvenirləri və müsabiqəyə təqdim edilən hekayələrin çap edildiyi kitabın nüsxələri təqdim ediləcək. Onluqda mükafatçılar sırasına düşməyən hekayə müəlliflərinə də hədiyyələr təqdim ediləcək.

Kitabda hekayəsi çap edilən bütün iştirakçılar, eləcə də kitabla maraqlanan digər şəxslər kitabın 1 nüsxəsini Azadlıq Radiosunun Bakı bürosundan əldə edə bilər. (Tel: 436-77-40)

Günün bütün mövzuları

XS
SM
MD
LG