Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:43

ABŞ,Rusiya və Fransa İrana rəsmi cavab veriblər


Birləşmiş Ştatlar, Rusiya və Fransa İranın nüvə proqramıyla bağlı Tehranla Ankara arasında əldə olunmuş razılaşmaya rəsmi münasibət bildiriblər.

Bu razılaşmda İranda olan az zənginləşdirilmiş uranın Türkiyəyə göndərilməsi və əvəzində ondan nüvə yanacağı alınması nəzərdə tutulurdu.

Diplomatların Tehrana göndərdikləri məktubda bildirilir ki, bu 3 ölkə planı rədd etməsələr də , onun həyata keçirilməsi İranın nüvə proqramıyla bağlı beynəlxalq aləmin narahatlığını aradan qaldırmır.

İranın təklifinə cavab, ona qarşı yeni sanksiyaların BMT-nin təhlükəsizlik şurasına çıxarılmasına bir neçə saat qalmış verilib.

Yeni qətnamə layihəsində İrana qarşı sanksiyaların daha da gücləndirilməsi nəzərdə tutulur.
XS
SM
MD
LG