Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:34

Maradona və futbolçularını kitab oxumağa məcbur edirlər


Diyeqo Maradona
Diyeqo Maradona
Argentina yığmasının fiziki hazırlıq üzrə məşqçisi Fernando Sinyorini CAR-da keçiriləcək futbol üzrə dünya çempionatı müddətində futbolçuların intellektual səviyyələrini artırmaq qərarına gəlib.

Bu haqda Argentinanın “Clarin” qəzeti xəbər verir.

Bu məqsədlə o çoxlu kitab əldə edərək, futbolçular yaşayan mehmanxanada kiçik kitabxana yaradıb. Kitabxanaya həm proza, həm də poeziya daxildir. Sinyorini özü dahi ispan şairi Frederiko Qarsiya Lorkinin pərəstişkarıdır və onun bir çox şeirlərini əzbərdən söyləyir.

Bundan başqa kitabxanada futbola aid kitablar və Latın Amerikasının qəhrəmanı sayilan Çe Qevaranın bioqrafiyası da var.

Misal üçün Argentina yığmasının məşqçisi Diyeqo Maradona Eduardo Qaleanonun “Futbol kölgədə və günəş altında” kitabını oxumağa başlayıb

”Adətən Maradona iki səhifə oxuyub kitabı atır qırağa və bir neçə aydan sonra yenidən kitaba qayıdır. Əgər o bu kitabdan bir neçə sətir oxusa, deməli öz məqsədimə çatmışam” – deyə Sinyorini bildirib və əlavə edib ki, o, Maradonaya Baxın “Çayka”, Sent-Ekzüperinin “Kiçik Şahzadə” və Qabriel Qarsiya Markesin “Yüz ilin tənhalığı” kitablarını hədiyyə edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG