Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:29

Seçki Məcəlləsinə əlavə və dəyişiklərlə bağlı qanun layihəsi iyunun 18-də müzakirə olunacaq


Seçki Məcəlləsinə əlavə və dəyişiklərlə bağlı qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının iyunun 18-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Təklif Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən bir qrup deputat tərəfindən daxil olub.

Seçki Məcəlləsinə əsasən iki əlavə və dəyişikliyin edilməsi təklif olunur. Bunlardan biri seçki müddətinin 75 gündən 60 günə qədər endirilməsi, ikinci təklif isə seçkidə namizədlərə dövlət tərəfindən vəsait ayrılmasının məcəllədən çıxarılması ilə bağlıdır.

Təşviqat qruplarının qeydə alınması üçün ayrılan vaxtın da eynilə 10 gündən 7 günə qədər azaldılması təklif olunur. Namizədlərin dairələr üzrə siyahısı səsvermə gününə azı 20 gün qalmış müvafiq dövri nəşrlərdə dərc olunur.

Seçki Məcəlləsinə qəbul olunduğu 2003-cü ildən bəri 10 dəfə əlavə və dəyişiklik edilib.
XS
SM
MD
LG