Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:20

NATO qüvvələrinin maşın karvanına hücum olub, ölənlər var


Pakistan paytaxtında NATO qüvvələrinə yük daşıyan maşın karvanına hücum olub. Azı 7 nəfər öldürülüb. Ölənlərin əksəriyyəti yük maşınlarının sürücüləridir.

Bu, İslamabad yaxınlığında baş verən ilk böyük hücumdur.

Polis bildirib ki, iyunun 8-i gecə saatlarında təxminən 10 yaraqlı yük terminalına hücum edib, onlarla maşını yandırıblar. Daha sonra yaraqlılar qaçıb, gizlənə bilib.

Maşınlarda Əfqanıstandakı NATO qüvvələrinə yük daşınırdı. Əfqanıstandakı beynəlxalq qüvvələrə göndərilən avadanlığın 3-də biri Pakistandan keçir.

Taliban yaraqlıları dəfələrlə NATO-nun yük maşınlarına hücum edib, ancaq hücumlar əsasən Pakistanın şimal-qərbində baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG