Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:40

Eynulla Fətullayevin məhkəməsi davam edəcək


İyunun 9-da həbsdə olan jurnalist Eynulla Fətullayevin məhkəməsi davam edəcək. «Realnı Azərbaycan» və «Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru 3 il əvvəl vergidən yayınma, terrorçuluğu qızışdırma ittihamları ilə 8 il yarım həbs cəzası alıb.

Avropa Məhkəməsinin çıxardığı qərara görə jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 25 min avro təzminat ödənməlidir.

Hazırda Eynulla Fətullayevin narkotik saxlama ittihamı ilə məhkəməsi gedir, jurnalist bu ittihamı qurama hesab edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG