Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:46

BMT İsraili beynəlxalq komissiyaya razılaşmağa çağırır


BMT-nin Baş Katibi Ban ki-Mun iyunun 8-də İsraili yardım gəmilərinə hücumu araşdıracaq beynəlxalq komissiyanın yaradılmasına razılaşmağa çağırıb. O bildirib ki, insan tələfatı ilə nəticələnmiş bu hadisənin araşdırılmasının tərəfsiz, etibarlı və şəffaf olması üçün onu beynəlxalq komissiyanın aparması son dərəcədə zəruridir.

Bazar ertəsi İsrailin baş nazirinin müavini Silvan Şalom bildirmişdi ki, hökumət ABŞ və BMT nümayəndələrinin araşdırmalara cəlb edilməsi imkanlarını araşdırır və qısa vaxtda öz qərarını elan edəcək.

Mayın 31-də İsrailin Qəzzaya humanitar yardım aparan gəmi karvanındakı Türkiyə gəmisinə hücumu zamanı doqquz nəfər həlak olub, xeysli sayda adam da yaralanıb. Türkiyə hadisənin araşdırılması üçün beynəlxalq komissiyanın yaradılmasını tələb edir.
XS
SM
MD
LG