Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:48

Kürdlər İraqın mərkəzi hökumətindən İranı dayandırmağı tələb edirlər


İraq kürdləri mərkəzi hakimiyyətdən tələb edir ki, onların ərazilərinə girən İran ordusunun çıxarılması üçün tədbirlər görsün. Regional parlament İraq Hakimiyyəti, BMT, ABŞ və başqa beynəlxalq qüvvələrə ünvanlanmış memorandum qəbul edib. Onlar İraqla sərhədin bombardman edilməsinin dayandırılması üçün İrana təzyiq edilməsinə çağırırlar.

İran hərbi qüvvələri tez-tez İraqın kürdlər yaşayan ərazilərində gizlənən kürd yaraqlı təşkilatı PJAK silahlıları ilə döyüşə girilər. Bu yaxınlarda da İran ordusu İraq ərazisinə daxil olaraq kürd yaraqlılarına qarşı hərbi əməliyyat aparmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG