Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:31

Təhülkəsizlik Şurası sanksiyaların müzakirəsinə başlayır


BMT Təhülkəsizlik Şurası nüvə proqramına görə İrana tətbiq edilməsi gözlənən dördüncü sanksiyaların müzakirəsinə başlayıb. Şuranın üzvü olan 15 ölkənin səfiri iyunun 8-də bağlı qapılar arxasında müzakirələrə başlayıblar.

Yaxın günlərdə ABŞ-ın təqdim etdiyi sanksiya layihəsi səsverməyə çıxarılmalıdır. Əvvəllər verilən məlumata görə budəfəki sanksiyalarda əsas hədəf kimi İranın elitar hərbi qüvvələri və nüvə silahı yaradılmasına cəlb olunan hərbi birlikləri götürülüb.

Bu gün Rusiyanın baş naziri Vladimir Putin də bildirib ki, yeni sanksiya “praktiki olaraq razılaşdırlıb.” İranın prezidenti Mahmud Əhmədinejad isə deyib ki, Təhlükəsizlik Şurası yeni sanksiya qərarı qəbul etsə, Tehran nüvə danışıqlarını dayandıracaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG