Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:39

Moskvada ADR –in tarixi haqda kitab çıxıb


Moskvada Azərbaycanın məşhur tarixçi-alimi, parlamentin deputatı Cəmil Həsənlinin “Azərbaycan Demokratik Respublikasının xarici siyasəti - 1918-1920” adlı kitabının birinci cildi rus dilində dərc edilib.

Müəllifin Turana verdiyi məlumata görə, tezliklə Azərbaycanda sovet hakimiyyətinin ilk illərini əhatə edən ikinci cild işıq üzü görəcək. Üçüncü cild nisbətən sonrakı dövrü əhatə edəcək və başqa müəllif tərəfindən yazılacaq, deyə o bildirib.

Kitabın birinci cildində Fevral İnqilabından başlayaraq, müstəqilliyin elan edilməsi, Versal Konfransı, erməni separatçılarına qarşı mübarizə və 1920-ci il aprel çevrilişinə qədər Cənubi Qafqazda baş verən hadisələr əksini tapıb.

Əvvəllər də olduğu kimi, Cəmil Həsənli öz əsərlərində müxtəlif ölkələrin arxivlərində yeni aşkar edilmiş tarixi sənədlərdən istifadə edir. Monoqrafiya 2000 nüsxə tirajla çap olunub.
XS
SM
MD
LG