Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:53

Gəncədə tikinti materialları uçuzlaşıb


Bu haqda Gəncə şəhər Statistika İdarəsinin büdcə və qiymət şöbəsinin müdiri Nəbi Baxşəliyev məlumat verib.

Onun sözlərinə görə, son bir ayda Gəncədə tikinti materiallarından olan mişar daşı, sement və taxtanın qiyməti düşüb.

Şöbə müdiri deyib ki, ilin əvvəlində şəhər bazarlarında 70 qəpiyə satılan mişar daşı hazırda 62 qəpiyə, bir kiloqramı 15 qəpiyə təklif edilən sement isə 14 qəpiyə satılır.

Taxtanın bir kubmetrində isə 10 manat ucuzlaşma müşahidə edilib. Belə ki, ilin əvvəlində 230 manata olan taxta, hazırda 220 manat satılır.
XS
SM
MD
LG