Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 08:12

İlham Əliyev İsrailin gəmilərə hücumunu pisləyib


Türkiyədə rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev İsrail ordusunun Qəzzaya yardım aparan «Azadlıq donanması»na hücumunu qınayıb:

«Fürsətdən istifadə edərək, Aralıq dənizində günahsız mülki şəxslərin qətli ilə nəticələnən, humanitar yük gəmisinə edilən hücumla əlaqədar Azərbaycan xalqının türk qardaşlarımızla həmrəy olduğunu bildirmək istəyirəm. Biz bu hücumu qəti surətdə pisləyirik və Türkiyə ilə çiyin-çiyinə dayanırıq. Fürsətdən istifadə edərək mən, eyni zamanda, Azərbaycan xalqı adından türk qardaşlarımıza və qurban vermiş ailələrə dərin hüznlə başsağlığı verirəm".


Prezidentin nitqinin mətnini "Azərtac" yayıb.

İlham Əliyev bu bəyanatı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CİCA) dövlət və hökumət başçılarının III sammitində çıxışında verib.

Prezident xüsusən Qəzzaya humanitar yardım aparan gəmilərə İsrailin hücumu və könüllülərin öldürülməsi ilə bağlı Türkiyənin yanında olduğunu qeyd edib.

Mayın 31-də İsrail hərbi qüvvələri Türkiyədən gələn Qəzza bölgəsinə yardım aparan 6 yardım gəmisinə hücum edib.

Hücumda azı 10 fələstinyönümlü fəal öldürülüb.

İsrail hərbçiləri bildirirlər ki, gəmilər 4 ildir ki, mühasirədə saxlanan Qəzza bölgəsinin mühasirəsini yarmaq istəyiblər.

Türkiyə tərəfi hücumu pisləyir və gəmilərdə yalnız mühasirədə olan Qəzza bölgəsinə yardım aparıldığını bildirir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG