Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:28

Avropa Birliyi nəzərdən qaçan problemləri müzakirəyə çıxarır


Avropa Birliyi ölkələrinin maliyyə nazirlərinin iyunun 8-də bir araya gəlib indiki borc böhranın bir daha təkrar olunmaması üçün iqtisadiyyatda nəzərdə qaçan problemlərin aradan qaldırılması yollarını müzakirə edəcəklər. Lüksemburqda keçirilən görüşdən əvvəl Birliyin İqtisadiyyat komissarı Olli Rehn deyib ki, 27 ölkənin birləşdiyi bu blok iqtisadiyyatın idarəedilməsi sisteminin gücləndirilməsi yollarını müzakirə edəcəklər. Yekun qərarlar isə iyunun 17-də birlik ölkələri liderlərinin sammitində elan ediləcək.

Bazar ertəsindən Avro pul vahidi işlədən ölkələrdə iqtisadiyyata iri məbləğdə yardım planının icrasına başlanıb. Bu planda həmin ölkələrin vahid valyutası olan avronun iflasdan xilas edilməsi üçün Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunun birlikdə bir trilyon dollar pul xərclənməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG