Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:37

Rusiya qəzaya uğramış Polşa təyyarəsindən oğurluğu təsdiqləyir


Rusiya rəsmiləri Polşa prezidentinin də həlak olduğu təyyarə qəzasında ölənlərdən birinin kredit kartından pul çıxarılmasına görə dörd nəfərin həbs edildiyini təsdiqləyib.

Polşa rəsmiləri qəza vaxtı həlak olmuş Andrzej Przewoznikin üstündən götürülmüş kredit kartından Rusiya xüsusi xidmət orqanları əməkdaşlarının 1500 dollara yaxın pul çıxardıqlarını bildirmişdi. Amma bazar ertsəi Rusiya Daxili İşlər Nazirliyi bu iddianı inkar edirdi. Amma iyunun 8-də İTAR-TASS agentliyi xəbər verib ki, rəsmilər qəza yerində işləmiş xüsusi xidmət əsgərlərindən azı üç nəfərinin kredit kartından oğurluğa görə saxlandığını təsdiqləyib.

Bu aprelin 10-da baş vermiş həmin qəzada Polşa prezidenti və xanımı da daxil olmaqla yüz nəfərə yaxın yüksək vəzifəli Polşa rəsmisi həlak olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG