Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:13

Artur Rasi-zadə: «Əsas nailiyyət insan itkisinin olmamağıdır»


«Bizim əsas nailiyyətimiz insan itkisinə yol verilməməsidir. Ağır vəziyyətdən olduqca uğurla çıxdıq».

Bunu baş nazir Artur Rasi-zadə dünən keçirilən daşqınla əlaqədar hökumət komissiyasının iclasında bildirib.

«AzərTAc»ın məlumatına görə, komissiya daşqının törətdiyi fəsadları müzakirə edib. Baş nazir bildirib ki, 34-dən çox kəndi su basıb:

«Lakin hazırda görülən operativ tədbirlər nəticəsində onların yarısından çoxu artıq təmizlənib, yollar bərpa olunub və əhali doğma yurdlarına qayıtmağa başlayıb».

Baş nazirin müavini Abid Şərifov bildirib ki, birinci növbədə Araz çayının yeni qolunun Xəzər dənizinə qədər çatmasını təmin etmək lazımdır. O cümlədən, Neftçalada, Biləsuvarda və digər yerlərdə bəndlərin yaradılması, möhkəmləndirilməsi və sair işlər aparılmalıdır. Ən ciddi məsələ isə avtomobil körpüsünün tikintisi və bu körpüyə qədər 1,5 kilometr uzunluğunda yolun salınmasıdır.

Abid Şərifov onu da deyib ki, təbii fəlakət nəticəsində əhaliyə dəymiş maddi ziyanın qiymətləndirilməsi, kompensasiyaların məbləğinin müəyyənləşdirilməsi və onların ödənilməsi ilə bağlı tədbirlər görülməlidir.

Komissiyanın iclasında qərara alınıb ki, gələcəkdə təbii fəlakətlər baş verdiyi təqdirdə onun qarşısının alınması üçün kompleks tədbirlər planı hazırlansın.

Bir aydır ki, Araz-Kür çayları boyu bölgələr sellə mübarizə aparır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG