Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:21

Gələn ay Azərbaycan-Amerika hərbi məsləhətləşməsi keçiriləcək


«Biz artıq onlara on milyonlarla dollar ayırır, qayıq, radar, texniki dəstək veririk»

Amerikanın müdafiə naziri Robert Qeyts Bakıda Azərbaycan rəhbərliyi ilə görüşlərində iki ölkə arasında hərbi münasibətlərin möhkəmləndirilməsini müzakirə edib. Hərbi təyyarədə, Amerika Silahlı Qüvvələrinin mətbuat xidmətinə (müxbir John D. Banusiewicz) müsahibəsində Qeyts Azərbaycanı beynəlxalq koalisiyanın Əfqanıstanda mühüm tərəfdaşı adlandırıb.

Robert Qeyts Bakıda iyunun 6-7də olub, prezident İlham Əliyev, müdafiə naziri Səfər Əbiyevlə görüşüb.

«Onlar (Azerbaijan-red.) Əfqanıstanda mühüm iş görürlər, təkcə əsgər sayı və mülki iştiraka görə deyil, həmçinin quru yük daşımalara və ölkə üzərindən uçuşlara icazə verdiklərinə görə. Buna görə də səfərin bir məqsədi buna görə təşəkkür etmək idi», Qeyts deyib.

Azərbaycan hərbçiləri NATO-nun Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Koalisiyası (İSAF) tərkibindədir. Bu ölkə həmçinin İSAF və əfqan silahlı qüvvələrinə qlobal yardımın çatdırılmasında açar rolu oynayır, tikinti layihələrini də təchiz edir.

Robert Qeyts İlham Əliyevə prezident Barak Obamanın məktubunu da çatdırıb.

Qeyts müsahibəsində deyir ki, Azərbaycan rəhbərliyi ilə ikitərəfli hərbi münasibətləri gücləndirməyi götür-qoy ediblər. Birləşmiş Ştatların Xəzər dənizində təhlükəsizliyə yardımı da müzakirə mövzusu olub:

«Biz artıq onlara on milyonlarla dollar ayırır, qayıq, radar, texniki dəstək veririk», Qeyts deyib.
Görüşlərdə birgə hərbi təlimlərin daha çox keçirilməsi, kəşfiyyat məlumatlarının bölüşdürülməsi də müzakirə olunub. Həmçinin İran və Rusiyadan da danışılıb: «Azərbaycanlılar bu ölkələrlə birbaşa qonşuluqda yaşayırlar», Qeyts əlavə edib.

Azərbaycan rəhbərliyi isə Ermənistanla Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmamasından narahatlıq bildirib. Qeyts onlara söz verib ki, bu mesajı ABŞ dövlət katibi Hillari Klintona çatdıracaq.

«Ümumilikdə, deyərdim ki, bu, çox müsbət səfər oldu və münasibətlərin daha da genişləndirilməsinə zəmin yaratdı. Gələn ay hərbi məsləhətləşmə keçirəcəyik, bu müzakirələrdə danışdığımız bir çox məsələlər ortaya qoyulacaq, konkretləşdiriləcək».
XS
SM
MD
LG