Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 08:12

Neytral dövlətin sədrliyi ilə komissiya yaradılsın


AB Qəzzanın blokadasını yolverilməz sayır
AB Qəzzanın blokadasını yolverilməz sayır
Türkiyə İsraili beynəlxalq tədqiqat qrupunu qəbul etməyə çağırıb. Qrup İsrail hərbçilərinin Qəzzaya yardım aparan donanmaya hücum etməsini araşdırmalıdır. Hücum nəticəsində 9 Fələstin fəalı öldürülüb.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib ki, əgər İsrail beynəlxalq tədqiqat qrupunu rədd eləsə, «bu, o mənanı verir ki, onlar nəyisə gizlədirlər» və iki ölkə arasında əlaqələrin normallaşması istisna edilə bilər.

Mayın 31-də donanmaya hücum zamanı öldürülən Fələstin fəallarının əksəriyyəti türk idilər.

NEYTRAL DÖVLƏTİN SƏDRLİYİ İLƏ KOMİSSİYA YARADILSIN

BMT-nin baş katibi Ban Ki Mun təklif edib ki, neytral dövlətin sədrliyi ilə komissiya yaradılsın.

Amma İsrail rəsmiləri bazar günü bildiriblər ki, onlar hər hansı beynəlxalq komissiyanı rədd eləyirlər.

İsrailin Birləşmiş Ştatlardakı səfiri Mikael Oren deyib ki, demokratik ölkə kimi tədqiqat aparmağa İsrailin haqqı var.

Bir şox ölkələr təkid eləyirlər ki, tədqiqatda beynəlxalq təmsilçilik gözləniılməlidir.

Britaniyanın xarici işlər nazirliyinin katibi Vilyam Hague iyunun 6-da Parisdə keçirdiyi mətbuat konfransında deyib:

BEYNƏLXALQ İŞTİRAKÇILIQ VACİBDİR

- Fikrimizcə, ötən birinci günü Qəzzada baş verənlərin çevik, qərəzsiz, obyektiv və şəffaf araşdırılması üçün ya tədqiqatda, ya da sorgu-sualda beynəlxalq iştirakçılıq vacibdir.

Mətbuat konfransında iştirak edən Fransanın xarici işlər naziri Bernad Kuşner də deyib ki, onlar da geniş iştirakçılığın tərəfdarıdırlar:

Bernard Kuşner
- Beynəlxalq tədqiqat dostumuz İsrailin də marağında olmalıdır. Buna necə cavab vermək onların öz işidir. Amma məncə, bu, amerikalılar, fransızlar və faktiki olaraq BMT tərəfindən edilmiş kifayət qəfər konkret təklifdir və bizim britaniyalı dostlarımız eyni yolu gedirlər.

Rusiya, AB, BMT və ABŞ-ın daxil olduğu Orta Şərq sülh dörtlüyünun görüşü gözlənir. Görüşdə onlar hücumla bağlı araşdırmanın necə aparılacağını müzakirə edəcəklər.

TƏDQİQAT ARDICILLIĞI OLMALIDIR


Formasından asılı olmayaraq, tədqiqat ardıcıllığı olmalıdır. Donanma muşayiətçiləri iddia eləyirlər ki, əsgərlər onlara atəş açıb. İsrail isə deyir ki, onlara dəmir parçaları atılanda əsgərlər özlərini müdafiə ediblər.

Qəzzanın blokadasına toxunan Bernard Kuşner təklif edib ki, Avropa Birliyi zəmanət verə bilər ki, Qəzzaya gedən yük yalnız humanitar yardımdır.

AB həm də Misirdən Rafah torpağına nəzarət edə bilər.

AB əvvəldən də dəniz və torpaq yoluyla blokadanı yolverilməz saymışdı.

Amma İsrail təkid eləyir ki, bu səddlər «Həmas» döyüşçülərinə silah gəlməməsinə zəmanət verir.

Dəniz blokadasını qırmaq üçün hərbi müdaxiləylə hədələyən İran «Həmas»ı dəstəkləyir. Rəsmi «Mehr» xəbərlər agentliyi məlumat verir ki, İranın İnqilab Keşikçiləri Qəzzaya gedən gəmilərin hərbi müşayiətini təklif edir.

Amma hələ aydın deyil ki, İranın Qırmızı Aypara Cəmiyyətinin bu həftənin sonu Qəzzaya göndərəcəyi və konüllülərin olacağı iki yardım gəmisini müşayiət edəcəkmi?

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG