Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:47

Joe Bayden ABŞ-ın Qəzza probleminin həllinə yeni yollar axtarıdğını deyir


ABŞ-ın vitse-prezidenti Joe Bayden bildirib ki, İsrailin yardım gəmilərinə hücumundan sonra blokadada olan Qəzzada humanitar, iqtisadi və təhlükəsizlik problemlərinin həllinə yeni yollar axtarır. O, bu barədə iyunun 7-də Şarm əl-Şeyxdə Misirin prezidenti Hüsnü Mübarəklə görüşdə deyib.

Keçən həftənin əvvəlində İsrailin Türkiyə gəmilərinə hücumu ilə doqquz nəfərin həlak olmasından sonra Bayden bildirmiş.di ki, insan tələfatına görə təəssüflənir, amma düşünür ki, İsrailin də öz təhlükəsizliyini qoruması üçün gəmiləri yoxlamaq cəhdi başa düşüləndir.

Misir İsraillə sülh sazişi bağlayan ilk ərəb dövlətidi, həm də regionda ABŞ-ın vacib müttəfiqlərindən biri hesab edilir.

Keçən həftə İsrailin gəmilərə hücumundan sonra Misir Qəzzaya quru yolunu müvəqqəti açdığını elan edib.
XS
SM
MD
LG