Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:16

Xaricə bizi aparırlar, adı onlara verirlər...


Ruslan Hüseynov və Tofiq Cabbarov
Ruslan Hüseynov və Tofiq Cabbarov
CAZI SEVƏN BU SƏNƏTİ QAZANMAQ ÜÇÜN SEÇMİR!

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramının qonağı olan caz sənətçisi Tofiq Cabbarov söylədi. Onun sözlərinə görə, bütün dünyada caz sənətçiləri cazdan qazanmırlar. Qazancı kommersiya musiqisindən əldə edirlər:

«Elə biz də cazla yanaşı yaşayışımızı təmin etmək üçün şou ulduzlarla işləyirik».

Tofiq Cabbarov bu fəaliyyətin yetərli olmadığını deyir: «Elə şərait yaratmaq lazımdır ki, biz rahat işləyə bilək. Bizim aylıq maaşı olan işə ehtiyacımız var».

BU SƏNƏTİ İTİRƏ BİLƏRİK


Verilişin daha bir qonağı—bas gitaraçı Ruslan Hüseynov isə dövləti cazmenlərə qarşı daha diqqətli davranmağa çağırır: «Problemlər çoxdur. Əgər biz nə isə etməsək, gələcəkdə bu sənəti itirə bilərik».

Ruslan Hüseynov 60-cı illəri - cazın inkişaf dövrlərini xatırlayır, «Qaya» qrupunu, Rafiq Babayevi, Vaqif Mustafazadəni yada salır və həmin isimlərin Azərbaycan cazını dünyada tanıtdığını fəxrlə söyləyir:

«İndi də musiqiçilər, gözəl ifaçılar var. Ancaq bir az sənətdə qalxan kimi fikri odur ki, xaricdə işləməyə qaçsın. Əgər qarşısı alınmasa, bu sənətə gələn olmayacaq. Bax, bu saat iki gəncin adını deyəcəm—pianoçular İsfar Sarabski, Elçin Şirinov. Qalanını görmürəm».

SƏBƏB NƏDİR? - QAZANC YOXDUR!

Ölkədə cazı sevənlərin hər zaman olduğunu vurğulayan Ruslan Hüseynov başlığa çıxardığım səbəbdən əlavə, daha bir nüansa da diqqət çəkdi: «Hərdən elə musiqiçilərə ad verirlər ki, adam məəttəl qalır. Caz musiqiçilər həmişə qıraqda qalır».

XARİCƏ BİZİ APARIRLAR, ADI ONLARA VERİRLƏR


Ruslan Hüseynov elə belə də söylədi: «Elələrinə ad verirlər, sabah bir xarici ölkəyə qastrola gedəndə isə bizə müraciət edirlər».

Belə şeyləri görəndə çox incidiklərini, hətta sındıqlarını, haqq-ədalətə inamlarının azaldığını deyən qonağımız «istərdim ki, bunu eşitsinlər, görsünlər, başa düşsünlər ki, peşəkarları qorumaq lazımdır. Əgər Azərbaycan cazı musiqidə bir növ, bir stil yarada bilibsə, bunu qorumaq gərəkdir».

MƏN ÖZÜM KUBA ALƏTİ OLAN KONQONU AZƏRBAYCANA GƏTİRMİŞƏM


Qonaqlarımızın fikrincə, caz elə bir sahədir ki, sevgi, vurğunluq olmasa, nə qədər pul versən də, həmin adamı orda saxlaya bilməzsən. Ancaq vurğunlara, fanatiklərə də müəyyən şərait yaratmaq lazımdır. Kuba aləti olan Konqonu ilk dəfə ölkəyə gətirən Tofiq Cabbarov cazın ən ünlü isimlərinin - Rafiq Babayevin də, Vaqif Mustafazadənin də çox mürəkkəb zamanlardan keçdiyini dedi:

«Problemlər Rafiqdə də vardı, Vaqifdə də. Həmişə problemin içində olmuşuq. İndi də içindəyik. Yəqin tezliklə ondan yaxa qurtara bilməyəcəyik».

BAXIN, BİZİM ÖZ STUDİYAMIZ YOXDUR...

Tofiq Cabbarov: «Studiyamız yoxdur. Başdan olmayıb, olsaydı, çox şeyə nail olardıq».

Ruslan Hüseynov isə arzuladığı studiyanın özəlliklərini sayır: «Orda royal olmalıdır. Zərb aləti olmalıdır. Kontrabas olsa da olar, olmasa da. Amma akustik alətlər mütləqdir. O da problemdir. Hazırda bizdə standarta uyğun studiyalar yoxdur».

--Ruslan Hüseynov və Tofiq Cabbarov indi harada məşq edirlər?

--Xarici qastrollarda olan qonaqlarımız həmkarlarının iş şəraitindən necə danışdılar?

--Tofiq Cabbarov ölümündən əvvəl-- 1993-94-cü illərdə Rafiq Babayevin yaratdığı studiyanı necə xatırladı?

--Qonaqlarımız hansı ulduz ifaçılarla çalışıblar?

--Öz mənzilində disk yazmaq təcrübəsini hansı məşhur trubaçalan gerçəkləşdirib?

--Caz klubu niyə bağlandı?

--Qonaqlarımız dünya azərbaycanlılarına hansı mesajı verdilər?

«İz»i dinləsəniz, həm bu sualların cavabını öyrənəcək, həm də qonaqlarımızın çalğısını eşitmək imkanınız olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG