Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:39
Bakıda səfərdə olan Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Robert Qeyts iyunun 7-də azərbaycanlı həmkarı Səfər Əbiyevlə görüşdə dövlət katibi Hillari Klintonun Bakıya səfər edəcəyini bildirib.

Müdafiə Nazirliyinin məlumatına görə, Səfər Əbiyev ölkəsinin Amerika Birləşmiş Ştatları ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.

Səfər Əbiyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi səbəbindən Cənubi Qafqazda vəziyyətin mürəkkəb və gərgin olaraq qaldığını söyləyib. O, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın rolunu yüksək qiymətləndirib və bu ölkədən daha fəal addımlar atılmasını gözlədiyini bildirib.

ABŞ-ın müdafiə naziri Robert Qeyts isə deyib ki, prezident Barak Obamanın İlham Əliyevə məktubu, dövlət katibi Hillari Klintonun Bakıya gözlənilən səfəri və özünün hazırda Bakıda olması ABŞ-la Azərbaycanın strateji tərəfdaş ölkə olduğuna nümunədir.

Qeyts vurğulayıb ki, ABŞ prezidenti Obamaya Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan üçün nə qədər böyük əhəmiyyət daşıdığını çatdıracaq.

ABŞ Dövlət Katibi Hillari Klintonun Azərbaycana səfər vaxtı ilə bağlı isə hələ rəsmi məlumat yoxdur.

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimayyətlə əlaqələr şöbəsindən AzadlıqRadiosuna belə deyilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG