Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:17

Robert Qeyts Səfər Əbiyevlə görüşüb


Bakıda səfərdə olan Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Robert Qeyts azərbaycanlı həmkarı Səfər Əbiyevlə görüşüb.

Müdafiə Nazirliyinin məlumatına görə, Səfər Əbiyev ölkəsinin Amerika Birləşmiş Ştatları ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.

Səfər Əbiyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi səbəbindən Cənubi Qafqazda vəziyyətin mürəkkəb və gərgin olaraq qaldığını söyləyib. O, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın rolunu yüksək qiymətləndirib və bu ölkədən daha fəal addımlar atılmasını gözlədiyini bildirib.

ABŞ-ın müdafiə naziri Robert Qeyts isə deyib ku, prezident Barak Obamanın İlham Əliyevə məktubu, dövlət katibi Hillari Klintonun Bakıya gözlənilən səfəri və özünün hazırda Bakıda olması ABŞ-la Azərbaycanın strateji tərəfdaş ölkə olduğuna bariz nümunədir.

Qeyts vurğulayıb ki, ABŞ prezidenti Obamaya Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan üçün nə qədər böyük əhəmiyyət daşıdığını çatdıracaq.
XS
SM
MD
LG