Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:18

Daşqın zonasında 50-dən çox uşaq doğulub


Daşqın zonasında bu günə qədər 50-dən çox uşaq doğulub.

Məlumatı Səhiyə Nazirliyi yayıb.

Kür çayının daşması nəticəsində su basmış yaşayış məntəqələrindən 4 minə yaxın insan müvəqqəti yaşayış yerlərində məskunlaşıb.

Onlar Şirvan şəhəri və Sabirabad rayonu ərazisində salınan çadır düşərgələrində, texnikumlarda və beş orta məktəbdə yerləşdirilib.

Nazirliyin məlumatına görə, hazırda Şirvan şəhər Mərkəzi Xəstəxanasında 44 xəstə müalicə olunur. Onlardan üçü cərrahi əməliyyat olunub.

İndiyə qədər somatic xəstəliklərlə bağlı səhiyyə isə müəssisələrinə 50 mindən çox müraciət olunub.
XS
SM
MD
LG