Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:23

Sülh dördlüyü İsrail məsələsini müzakirə edəcək


Yaxın Şərqdə sülh dördlüyü iyunun 7-də görüşüb İsrail hərbçilərinin humanitar yardım gəmilərinə hücumunu müzakirə edəcək.

Bu görüş BMT-nin İsrailə qətnamə çıxarmasından sonra baş tutur.

Bu arada Fransanın xarici işlər naziri Bernard Koucner deyib ki, Avropa Birliyi Qəzzaya humanitar yardım aparanların müşahidəsini təmin edə bilər. İran isə İsrailin blokadasını yararaq Qəzzəyə humanitar yardım aparmağa çalışan gəmilərə hərbi müşayiət təklif edib. İranın ali dini lideri ayatolla Əli Xomneyinin nümayəndəsi bildirib ki, günahsız Qəzza sakinlərini müdafiə etmək İranın borcudur.

Yaxın Şərqdə sülh dördlüyünə Rusiya, Avropa Birliyi, BMT və ABŞ daxildir.

Bir neçə gün əvvəl İsrail hərbçiləri Qəzzaya yardım aparan Türk donanmasına hücum etmiş, nəticədə 10-a yaxın adam olmuşdü.
XS
SM
MD
LG