Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 05:54

3 çimərlikdə bakterioloji çirklənmə normadan 3-4 dəfə çoxdur


«Sahil», «Şıx» və «Sumqayıt» çimərliklərində bakterioloji çirklənmə normadan 3-4 dəfə artıqdır. Bunu AzadliqRadiosuna Respublika Gigiyena Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Mərkəz əhalinin həmin çimərliklərə getməsinin qarşısını almaq üçün icra hakimiyyətlərinə və hüquq-mühafizə orqanlarına müraciət edib.

Ziyəddin Kazımova görə, müraciətin məqsədi odur ki, həmin çimərliklərin ərazisinə suyun normadan artıq çirkli olması barədə xəbərdarlıq lövhələri vurulsun.

«Adamlar istirahət mərkəzlərində istirahət edə bilərlər, amma çimmək olmaz».

Ziyəddin Kazımova görə, Abşeron yarımadasının sahil zolağındakı digər çimərliklərdə dəniz suyundan götürülən nümunələrdə hər şey norma daxilindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG