Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 01:57

İlham Əliyev Türkiyəyə gedib


İyunun 7-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib.

Səfər çərçivəsində iki dövlət arasında yeni qaz müqaviləsinin bağlanması gözlənilir.

Yeni müqavilədə Şah-Dəniz qaz yatağından qaz hasilatı, Türkiyəyə satılacaq qazın həcmi, qiymətləri və s. məsələlərin müzakirə olunacağı bildirilir.

Mayın 17-də Bakıda səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, əslində tərəflər bu məsələ ilə bağlı hər şeyi həll ediblər və sadəcə imzalanmanı İlham Əliyevin Türkiyəyə səfərinə saxlayıblar.

«Bu arada təbii qazla bağlı danışıqlar bitirilmə nöqtəsinə gətirilib, amma istəyirik ki, bunun imzalanmasını Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfərində reallaşdıraq», - deyən baş nazir bildirmişdi.

İlham Əliyevin iyunun 8-də Türkiyənin İstanbul şəhərində Asiyada qarşılıqlı əlaqələr və etimad yaratma tədbirlərinə dair sammitdə iştirak edəcəyi də gözlənilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG