Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:41

İsraildə saxlanmış azərbaycanlılar vətənə dönüb


Bu günlərdə Qəzzəyə humanitar yardım apararkən saxlanmış 2 azərbaycanlı vətənə dönüblər.

Cəbrayıl sakini Qaraoğlan Quliyevlə Beyləqan sakini Məhərrəm Orucov vədənə bu gün Tel-Əviv-Bakı rejsiylə gəliblər.

Beynəlxalq Hava Limanında jurnalistlərlə qısaca açıqlama verən Məhərrəm Orucov 3 ildir ki, Türkiyədəki şəxsi “Dəfnə” gəmisində işlədiyini deyib.

O gəmlərində silah və ya silahlı adamın olmadığını bildirib.

İsrail hərbçiləri əvvəlcə onları Aşdot limanına, sonra isə Tel-Əvivə gətiriblər.

Qeyd edək ki, Azərbaycan vətəndaşları bu günlərdə İsrailin Qəzzə sahilində zəbt etdiyi gəmi garvanında olublar.

Gəmilər Qəzzəyə hümanitar yardım aparırdı.

Bu insident zamanı 9 fələstinpərəst fəalın ölümü, Türkiyə başda olmaqla beynəlxalq aləmin kəskin narazılığına səbəb olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG