Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:59

Slovakiyada 100 ilin ən böyük daşqını baş verib


Son 100 il ərzində Slovakiyada görünməmiş daşqın baş verib.

Bunu ölkənin baş naziri Robert Fitso dünən hökumətin iclasında bildirib.

İndiyədək daşqın nəticəsində Slovakiyada 3 adam ölüb, minlərlə adam təbii fəlakət zonasından köçürülüb.

Bəndatma işlərinə hərbçilər də cəlb olunub.

Həmçinin Polşanın mərkəzi və cənub-çərq rayonlarında güclü daşqın baş verib.

Ölkəyə təxminən milyardyarım dollar məbləğində ziyan dəyib.

Hər iki ölkədə ikinci fəlakət dalğası gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG