Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:42

4 Azərbaycan boksçusu Avropa çempionatında mübarizəni dayandırıb


Moskvada keçirilən boks üzrə Avropa çempionatınin ilk günü Azərbaycanlı boksçular üçün uğursuz olub.

Artıq 4 boksçumuz elə ilk döyüşdə məğlub olaraq qitə çempionatında mübarizəni dayandırmalı olub.

Bu gün isə daha 4 boksçumuz rinqə çıxacaq.

Məhəmməd Əbdülhəmidov 51 kq çəki dərəcəsində irlandiyalı Deklan Gerraxtla, Romal Amanov 60 kq-dək çəki dərəcəsində rusiyalı Albert Səlimovla, 64 kq çəki dərəcəsində mübarizə aparan Emil Məhərrəmov ukraynalı Aleksandr Klyuçko ilə, 91 kiloqramdan artıq çəki dərəcəsində mübarizə aparan Fərid Paşayev isə almaniyalı boksçu Erkan Teper ilə qarşılaşacaq.

Yarışda Azərbaycanı 11 idmançı təmsil edir.
XS
SM
MD
LG