Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:55

Daşqına məruz qalmış bölgədə 50-dən çox körpə doğulub


Azərbaycanın daşqına məruz qalmış rayonlarında 4 000 - nə yaxın yerli sakin müvəqqəti yaşayış yerlərində məskunlaşdırılıb.

Daşqına görə hazırda respublikanın 9 rayonunda 16 tibb məntəqəsi və 20 dən çox səyyar briqada fəaliyyət göstərir,daima dezinfeksiya işləri aparılır.

Su basmış ərazilər qurudulduqdan sonra bu tədbirlər daha da genişləndiriləcək.

Daşqından bu yana stasionar şəraitdə 50-dən çox körpə doğulub.

Körpələr və analar daima həkim nəzarətindədir.

Qeyd edək ki, daşqına görə təkcə Şirvanda 1600, Sabirabadda isə 1769 nəfər müvəqqəti yaşayış yerlərində məskunlaşdırılıb.
XS
SM
MD
LG