Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:31

BP şirkəti dünən dənizə axan neftin 1/3-ni yığıb


ABŞ rəsmisi Meksika körfəzindəki neft platformasında baş vermiş qəzanın aradan qaldırılmasında müəyən uğur olduğunu deyir.

BP şirkəti dənizə sızan nefti tutmaq üçün suyun dibinə xüsusi qurğu sallayıb.

Əməliyyata nəzarət edən ABŞ Sahil Mühavizə Xidmətinin rəhbəri admiral Ted Allen gün ərzində bu qurğuyla 6 min barel neft tutulduğu deyir.

Amma bu gün ərzində dənizə axan neftin 1/3-i deməkdir.

Gün ərzində dənizə təxminən 19 min barel neft axır.

47 gün bundan əvvəl baş vermiş qəza nəticəsində ABŞ-ın Luiziana, Alabama, Missisipi və Florida ştatlarına ciddi ziyan dəyib.

Bu Birləşmiş Ştatların tarixində ən böyük ekoloji faciədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG