Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:10
«Gürcüstanda uşaq hüquqları tez-tez pozulur, biz bu istiqamətdə fəaliyyət göstərməliyik».

Bunu 1 iyun Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbirdə Gürcüstanın ictimai müvəkkili Giorqi Tuquşi deyib.

Gürcüstanda bir çox qeyri-hökumət təşkilatı uşaq hüquqları ilə məşğul olur, müxtəlif tədbirlər həyata keçirirlər. Konvensiyaya uyğun uşaq hüquqlarını öyrənən qurumlar da yaradılıb. Ancaq digər ölkələrdə odluğu kimi, Gürcüstanda da uşaq hüquqları tez-tez pozulur.

UŞAQ SUBYEKTDİR VƏ ONUN DA BİZİM KİMİ HÜQUQLARI VAR


İctimai müvəkkil Giorqi Tuquşi:

«Biz uşaq evlərində monitorinq keçirməklə yanaşı, məktəb və ailələrdəki uşaqları da unutmuruq. Daxil olan bütün şikayətləri öyrənirik. Bundan başqa, tez-tez görüşlər keçirir, QHT-lərlə əməkdaşlıq edirik. Problemlər müxtəlif olur, ancaq ən mühümü odur ki, uşaqları dinləmək və onlara sadəcə qayğı obyekti kimi baxmamalıyıq. Uşaq subyektdir və onun da bizim kimi hüquqları var».

İctimai müvəkkil ofisi yanında yaradılan Qadın və Uşaq Hüquqlarını Müdafiə Mərkəzinin əsas missiyası uşaqların hüquqlarını müdafiə etmək və konvensiyanın monitorinqini həyata keçirməkdir.

PROBLEMLƏR TƏHSİLDƏN TUTMUŞ AİLƏDAXİLİ ZORAKILIĞA QƏDƏR RƏNGARƏNGDİR

Gürcüstanın ictimai müvəkkili Giorqi Tuquşi
Mərkəzin nümayəndəsi
Anna Anqaraşvili deyir ki, onlara tez-tez müraciətlər olur. Uşaqların hüquqları hər yerdə pozulur, problemlər təhsildən tutmuş ailədaxili zorakılığa qədər rəngarəngdir.

«Mərkəzin əsas işi insanlarda uşaq hüquqları anlayışını artırmaqdır. Konvensiyanı dərk etmək lazımdır, üzünə baxmaq yox. Konvensiyanı təfsilatı ilə anlamaq uşaqların həqiqi maraqlarını təmin etmək deməkdir. Uşaqlar da bu prosesdə iştirak etməlidirlər».

DAHA ARTIQ İŞ GÖRÜLMƏLİDİR

Uşaqların hüquqlarının qayğısına qalmaq birbaşa Səhiyyə və Təhsil nazirliklərinin vəzifəsidir. Bu nazirliklərin rəhbərlikləri bildirirlər ki, ölkədə uşaqların sosial müdafiəsi və təhsili üçün xeyli layihə həyata keçirilib. Səhiyyə naziri Aleksandr Kvitaşvili deyir ki, bu sahədə işlər heç vaxt bitmir, bu, daimi prosesdir:

«Çox iş görülüb, ancaq uşağın ölkədə müdafiə olunduğunu hiss etməsi üçün daha artıq iş görülməlidir. Müdafiə - həm sosial, həm də ailə daxilində zorakılıqdan müdafiəni nəzərdə tutur. Biz mövcud problemləri həll etmək üçün digər idarələrlə də işləyirik».

Təhsil naziri Dimitri Şaşkin
də eyni fikirdədir. O bildirir ki, nazirliyin bütün proqramları uşaq hüquqlarının müdafiəsi ilə bilavasitə əlaqədardır. Məsələn, inklüziv təhsil proqramı kimi:

TƏHSİL UĞUR GƏTİRİR

«Təhsil Nazirliyinin həyata keçirdiyi bütün proqramlar uşaq hüquqları ilə bağlıdır. Məktəblərə nəzarətçinin təyinatından tutmuş, vahid milli təhsil proqramına qədər bütün işlər uşaqlara təhsil imkanı yaratmağa xidmət edir. Mühüm məsələlərdən biri də inklüziv təhsildir. Bu cür uşaqların xüsusi diqqətə ehtiyacı var və Təhsil Nazirliyi bu yöndə işlər görür. Təhsil uğur gətirir».

BMT-nin Uşaq Fondunun rəhbəri Maya Kurçikidze bildirir ki, on il əvvəl ilə müqayisədə bu gün uşaqların vəziyyəti xeyli yaxşılaşıb. Uşaq ölümü azalıb, xüsusilə də yeni doğulmuşlar arasında. Ancaq tənəffüs aparatı və inkubatorların miqdarı problemləri hələ də qalmaqdadır:

Təhsil naziri Dimitri Şaşkin
UŞAQ EVLƏRİNDƏKİ UŞAQLARIN SAYI AZ QALA 2 DƏFƏ AZALIB


«Əgər 2003-cü ildə hər min uşaqdan 45-i ölürdüsə, 2008-ci ildə bu göstərici cəmi 30 olub. İnkişaf göz qabağındadır».

Maya Kurçikidze inkişafa səbəb olan bir neçə islahatı xatırladır, bunlardan biri uşaq rifahı islahatıdır ki, uşaq evlərinin optimallaşdırılmasını nəzərdə tutub. Nəticədə uşaq evlərindəki uşaqların sayı az qala 2 dəfə azalıb – 5 mindən 2 minə düşüb.

Maya Kurçikidzenin fikrincə, uğurlu islahatlardan biri də azyaşlıların mühakiməsi ilə əlaqədardır. İslahatlarda tərbiyə müəssisələrində yaşayış şəraitinin yaxşılaşdırılması, uşaqların reabilitasiyası da nəzərdə tutulur. BMT rəsmisinin sözlərinə görə, uşaqlarla ünsiyyətdə olan bütün hüquq müdafiəçiləri bu islahatlar çərçivəsində təkmilləşmə keçiblər. Ancaq həll olunmamış problemlər hələ də mövcuddur:

HƏLƏ DƏ XEYLİ UŞAQ YOXSULLUQ İÇİNDƏ YAŞAYIR

«Hələ də xeyli uşaq yoxsulluq içində yaşayır. Onların təhsil imkanı yoxdur, səhiyyə xidmətləri əlçatan deyil. Bu cür uşaqlar 28 faiz təşkil edir. Küçə uşaqlarını da unutmamalıyıq. Təəssüflər olsun ki, bu istiqamətdə dövlət strategiyası yoxdur. Bu uşaqların əksəriyyətinin doğum qeydiyyatı yoxdur, savadsızdırlar. Onlar dilənir və cəmiyyətdən tamamilə təcrid olunublar. Bir neçə QHT müəyyən proqramlar həyata keçirir, ancaq dövlətin bu sahədə strategiyası yoxdur».

Maya Kurçikidze deyir ki, məhdud imkanlı uşaqların şəhərdə sərbəst hərəkəti üçün infrastruktur da nizama salınmalı, düzgün münasibətin formalaşması üçün tədbirlər keçirilməlidir.

Hüquqları pozulanlardan biri də məktəbəqədər uşaqlardır. Araşdırmalar göstərib ki, bağça məzunları məktəbə hazır deyillər.

Maya Kurçikidze: «Gürcüstanda «zorakı» tərbiyə üsulları geniş yayılıb. Xüsusilə də kiçik yaşlı uşaqlar arasında. Bu, uşağın mərkəzi sinir sisteminə böyük ziyan vurur. Bunun üçün valideynlər birinci növbədə anlamalıdır ki, uşaqlarına zərər vururlar. Uşağın tərbiyəsi müsbət üsullarla aparılmalıdır».

Şərhləri göstər

XS
SM
MD
LG