Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:07

Ata oğlunu torpağa görə öldürüb


Lənkəranda ata oğlunu torpağa görə öldürüb.

Hadisə İyunun 4-də rayonun Girdəni kəndində baş verib.

Kənd sakini, 1946-cı il təvəllüdlü Bahaddin Hüseynovla oğlu - 1969-cu il təvəllüdlü Tərlan Hüseynov arasında torpaq üstündə mübahisə düşüb.

Nəticədə ata oğluna xəsarət yetirib, Tərlan Hüseynov kəllə-beyin travması və sol gözünün hematoması diaqnozu ilə Lənkəran Rayon Xəstəxanasının reanimasiya şöbəsinə götürülüb.

Həkimlərin səyinə baxmayaraq, 3 uşaq atası olan Tərlan Hüseynov bu gün saat 15.00 radələrində xəstəxanada keçinib.

Hadisəni törətmiş 64 yaşlı Bahaddin Hüseynov həbs edilib.

Faktla bağlı cinayət işi açılıb.

/APA/

Günün bütün mövzuları

XS
SM
MD
LG