Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:05

Hərbi doktrinada Azərbaycanın götürdüyü kurs aydın əks edilibmi?


Emin Həsənli və Ələkbər Məmmədov
Emin Həsənli və Ələkbər Məmmədov
Bu suala «Panorama» verilişində Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov və Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli cavab verib.

Ələkbər Məmmədov:

«İndiyə qədər hərbi doktrinanın qəbul edilməməsi təsadüf deyildi. Çünki Azərbaycanın götürdüyü kurs, yürüdülən siyasət aydın deyildi. Ancaq bu sənəd də vəziyyətə aydınlıq gətirmir. Doktrinada NATO ilə əməkdaşlıqdan danışılır. Ancaq Azərbaycanın NATO-ya üzv olması açıq qoyulmur. Azərbaycanda bazaların yerləşdirilməsi məsələsində də aydın mövqe yoxdur. Bu o deməkdir ki, Azərbaycan hələ də şimal qonşumuzdan ehtiyat edir. Üstəlik, Qərbə inteqrasiyada maraqlı deyillər. Bir çoxları balanslı siyasətin uğurlarından, ölkədəki inkişafdan danışır. Balanslı siyasət hakimiyyətə yalnız öz maraqlarını təmin etmək üçün lazımdır. O ki, qaldı inkişafa, bəlkə də onlar özləri üçün firavan şərait yaradıblar. Ancaq bu, xalqın həyatında hiss olunmur…»

Emin Həsənli:

«Azərbaycan regionda yeganə dövlətlərdəndir ki, öz ərazisində heç bir ölkənin bazasını saxlamır. Bu davamlı və aydın siyasətin məntiqi nəticəsidir və bu siyasət indi də uğurla davam etdirilir. Bir də regionda təhlükəli hərbi şəraitlər yetişərsə, Azərbaycan bu vəziyyətdən faydalanmaq imkanını əldən verməməlidir. Üstəlik, sənəddə açıq qeyd edilib ki, yalnız beynəlxalq hüquq normalarının imkan verdiyi halda müvəqqəti olaraq hərbi bazalar yerləşdirilə bilər. Parlamentin vitse-spikeri Ziyafət Əsgərov çox yaxşı dedi. Ümummilli lider elə bir Azərbaycan qurub ki, onu heç 12 ballıq zəlzələ də dağıda bilməz…».

XS
SM
MD
LG