Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:22

ABŞ kəşfiyyat idarəsinin direktorluğuna namizəd irəli sürüləıcək


ABŞ prezidenti Barak Obamanın bu gün Milli Kəşfiyyat İdarəsinin direktorluğuna namizəd irəli sürəcəyi gözlənilir.

ABŞ mətbuatının yazdığına görə bu vəzifəyə Hərbi Hava Qüvvələrinin keçmiş generalı və hazırda müdafiə nazirinin müavini olan Ceyms Klepperin namizədliyi irəli sürüləcək.

Milli Kəşfiyyat İdarəsinin əvvəlki direktoru Denis Bler ötən ay istefa verib.

Ötən ilin dekabrında Amsterdamdan Detroyta uçan təyyarədə və bu yaxınlarda Nyu-Yorkda edilmiş terror cəhdlərinə görə Milli Kəşfiyyat İdarəsinin fəaliyyəti son zamanlar tənqit olunurdu.

XS
SM
MD
LG