Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:30

BP-i şirkəti neft sızmasının qarşısını ala bilmir


ABŞ prezidenti Barak Obama bildirib ki, BP şirkəti Meksika görfəzində neft sızmasıyla mübarizədə müəyyən irəliləyişə nail olsa da hələlik tam uğurdan danışmaq tezdir.

Barak Obama cümə güni yenidən fəlakət zonasına baş çəkib.

Artıq ABŞ sahillərinə çatmış nəhəng neft ləkəsi çimərliklər və balıqçılıq sahəsinə ciddi ziyan vurub.

BP şirkəti dənizə səzan nefti yığmaq üçün dənizin dibinə xüsusi qurğu sallayıb.

Şirkət rəhbərliyi bildirib ki, bununla dənizə axan neftin böyük bir hissəsini tutmaq mümkün olsa da hələlik vəziyyətin tam sabitləşməsindən danışmaq tezdir, bu iki sutkadan sonra bəlli olacaq.

Bu Birləşmiş Ştatların tarixində ən böyük ekoloji faciə hesab olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG