Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:17

Məmmədyarov həmsədrlərlə görüşüb


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Venesiyada ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa) və İqor Popovla (Rusiya) görüşüb.

Bu barədə Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında bildirib.

İyunun 4-də keçirilmiş görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Görüşdə Dağlıq Qarabağ danışıqlarının hazırkı vəziyyəti və yenilənmiş Madrid prinsipləri ilə bağlı müzakirələr aparılıb.
XS
SM
MD
LG