Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:54

Kərzayinin sülh planına ağsaqqallar “hə” dedilər


Əfqanıstanda keçirilən üçgünlük məsləhətləşmələr prezident Həmid Karzayinin Talibanla barış planlarının müdafiə edilməsi ilə başa çatıb.

Ölkənin müxtəlif ərazilərini təmsil edən 1600 nəfər ağsaqqal və nüfuzlu adamlar Talibanla barışıq üçün cəhdləri birləşdirməyin lazım olduğunu deyiblər.

Prezident Karzayinin sülh planında silahı yerə qoyan taliban yaraqlılarına amnistiya, nəğd pul və iş vəd edilir. Bu planı qəbul edən Taliban liderlərinə isə başqa ölkələrdə siyasi sığınacaq almağa da kömək vədi verilir. Amma Taliban toplantını boykot edib.

Tədbir başlayan günü onun keçirildiyi əraziyə yaxın yerdə iki yaraqlı öldürülüb, üçü də ələ keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG