Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:07

Yeni azəri aristokratiyası


Hökumət enerji məhsullarının qiymətinə və müəssisələrinə nəzarəti özündə saxlayır
Hökumət enerji məhsullarının qiymətinə və müəssisələrinə nəzarəti özündə saxlayır
Azərbaycandakı birinci neft bumundan 100 il keçib, amma paytaxt Bakının parıltılı mərkəzinə baxanda sanki hələ o şöhrətli günlər bitməyib.

Konsert zalları, kürü restoranları və avtomobil nümayiş etdirən yerlər Britaniya, Hollandiya və Rusiya biznesmenləri şəhərə can atan vaxtlar neft pullarına tikilmiş köhnə binalarla yanaşı durur.

O zaman əsas mənfəət götürən yerli və xarici neft baronları idi. Bu günlərdə isə yeni azəri aristokratiyası var və onlar Azərbaycanın sərvətindən xeyli mənfəət götürürlər.

Hökumət enerji məhsullarının qiymətinə və müəssisələrinə nəzarəti özündə saxlayır.

2009-cu ildə «Transparency İnternational»ın korrupsiya indeksində Azərbaycan 180 ölkənin içində 143-cü yerdə olub.

Amma varlılar və kasıblar arasında genişlənən məsafə yeni enerji bumunun nəticələridir.

AZƏRİ ELİTASI ÖZÜNÜ GİZLƏTMƏYƏ ÇALIŞIR

Sovet vaxtından qalmış məhəllələr arasında mərmər və daşdan tikilmiş evlərdə yaşayan varlılar şəhərdə üstün həyata sahibdirlər.

Azəri elitası özünü gizlətməyə çalışır, amma adamlar bilirlər ki, onlar kimlərdi. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Nəqliyyat naziri Ziya Məmmədov və prezidentin təhlükəsizlik rəhbəri olkə elitasında varlı və ən güclü şəxslərdilər – bəzi təhlilçilər deyirlər.

Cazibədar birinci ledi Mehriban Əliyeva əsas mədəniyyət layihələrinin və elit turuzmin himayədarı kimi tanınır.

Buna baxmayaraq, azəri zənginlərinin var-dövləti dəqiq bilinmir. BBC məktubla hər birinin ofisinə müraciət edib, amma cavab yoxdur.

Mən Fövqəladə Hallar nazirinin oğlu Tale Heydərovla görüşdüm. Onun rəsmi vəzifəsi «Qəbələ» Futbol Klubunun prezidentidir. Bu elə həmin klubdur ki, «Arsenal»ın keçmiş ulduzu Toni Adams onunla məşqçi kimi təntənəli müqavilə imzalayıb.
Azəri zənginlərinin var-dövləti dəqiq bilinmir
Amma cənab Heydərovun şəxsi var-dövləti sirr kimi qalır.

Onun ailəsinin «Gilan» adlı böyük şirkətə rəhbərlik etdiyi deyilsə də, özü təfərrüata varmır.

Dəbdəbəli xalçalar, mərmər çilçıraqlar, dörd telefon və böyük masanın arxasında oturan Tale Heydərovdan soruşuram ki, varlılar və kasıblar arasında dərinləşən uçurum və korrupsiya haqqında danışılanlar həqiqətən ölkədə problemdirmi?

«Mən bir adi vətəndaş kimi deyə bilərəm ki, hər bir ölkə müstəqillik qazandıqdan sonra sınaqlarla üzləşir. Biz yeni və müstəqil ölkəyik və keçmiş sovet respublikaları arasında Azərbaycan ən inkişaf etmiş ölkələrdən biridir» o deyir.

KORRUPSİYA SUALLARI

Enerji bumu davam etdikcə tikinti sənayesinə vəsait yatıran sərmayəçilərin gəlirləri də artır.

3 milyard dollar vəsaitə malik tikinti şirkətinin direktoru, Bakıda yaşayan türkiyəli biznesmen Yavuz Keles deyir ki, korrupsiya yalnız Azərbaycanda mövcud deyil.

«Bu regional problemdir» - söyləyir. «Rəsmilər artıq bu problem barədə danışırlar, bu, başlanğıcdır», -Yavuz Kelec əlavə edir.

Bu bumun xüsusiyyəti neft gəlirlərinin siyasi elitanın əlində toplaşmasıdır, - yerli ekspert deyir.

«Azərbaycan nefti dövlət tərəfindən inhisara alınıb, ona görə də, dövlət fayda götürür» - «Turan» İnformasiya Agentliyinin təhlilçisi İlham Şaban deyir.

«Neft pullarının xərclənməsi yalnız prezidentin təsdiqi ilə həyata keçirilir» – o bildirir.

Yaxın gələcəkdə vəziyyət çox güman ki, dəyişməyəcək. Prezident İlham Əliyevin ikinci 5 illik müddəti 2013-cü ildə başa çatır. Ancaq 2009-cu ildə keçirilmiş referendum ona imkan verir ki, vəzifəsində istədiyi qədər qalsın.

Yaxın gələcəkdə vəziyyət çox güman ki, dəyişməyəcək
Tənqidçilər deyirlər ki, bu, ona Azərbaycanın neft istehsalına zirvə nöqtəsinə çatanadək nəzarət etməyə imkan verəcək.

Bu yaxınlarda «Vaşinqton Post» prezident İlham Əliyevin 11 yaşlı oğlunun Dubayda 44 milyon dollar dəyərində 9 mülkdən ibarət varidatı haqqında yazıb.

Bu faktla bağlı BBC-nin martda telefonla müraciət etdiyi Azərbaycan rəsmisi Əli Həsənov sualları cavalandırmaq istəmədi.

Ancaq sonradan yerli mediada bunu inkar etmədi. «Yeni Müsavat» qəzetinə dedi ki, hər bir kəs nəyəsə sahib ola bilər. Konsitusiya və qanunlar çərçivəsində bu normaldır.

ONLARA VƏ BİZƏ

Bakının mərkəzindən kənarda geniş yayılmış kasıblığın və işsizliyin əlamətləri var.

Azərbaycanın pullarını belə xəcləməsi Qərb ölkələrinin xoşuna gəlmir.

Özünü Fərhad kimi təqdim edın bakılı taksi sürücüsü məni paytaxtdan 20 km. uzaqda olan kəndlərə aparır. Burda qaz və su verilməsiylə bağlı problemlər var.

«Varlılar cəmiyyəti idarə edir, bu isə o deməkdir ki, biz şəhərin onlar olduğu hissələrində ola bilmirik. Onların ailəsində az qala dörd avtomobil var və böyük sosial tədbirlərdə iştirak edə bilirlər. Biz isə yox» – Fərhad deyir.

Bu fərq neft Bakısının şüşə və metal göydələnləri qədər gözəçarpandır.
XS
SM
MD
LG