Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:11

Voznesenski ilə vida mərasimi keçirilib


“Million, million alıx roz”. Onun bu şeirinə yazılan mahnını kim tanımır?..

Moskvada görkəmli rus şairi Andrey Voznesenski ilə vida mərasimi keçirilib. Həm Rusiyada, həm də xaricdə böyük hörmət sahibi olan Voznesenski “60-cılar” nəslindən idi.

İyunun 1-də 77 yaşında dünyasını dəyişən şairlə vida mərasimi Mərkəzi Ədiblər Evində keçirilib. Mərasimə minlərlə insan - həm tanınmış sənətkarlar, həm də adi adamlar gəliblər - bir əllərində gül dəstəsi, o biri əllərində şairin kitabı.

Amma NTV kanalı xəbər verir ki, ədiblər evinin qarşısında adətən belə tədbirlər zamanı müşahidə edilən basabas olmayıb, iki-bir, üç-bir gəlib binaya daxil olan insanlar içəridə qırılmaz "zəncirə" çevriliblər.

Sovet dövründə Voznesenski elə populyar idi ki, onunla görüşlər stadionlarda keçirilirdi. O həm də dövrünün cəsarətli şairlərindən sayılırdı. Hətta sovet lideri Xruşşov onu SSRİ-dən qovmaqla da hədələmişdi.

Həmçinin oxu
«Böyük şairlər dünyadan köçəndə ürəklər sızlayır...»

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG