Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:02

İstanbulda Israil əleyhinə aksiyalar davam edir


Bu gün İstanbulda Türkiyə və Fələstin bayraqları daşıyan minlərlə adam etiraz aksiyası keçirərərk İsrail əleyhinə şüarlar səsləndiriblər.

Bəyazid məscidinin ətgrafına toplaşan insanlar İsrailin Qəzzaya humanitar yardım aparan gəmi Karvanındakı Türkiyə gəmisinə hücumu zamanı həlak olan və yaralananaların yaxınları ilə həmrəylik nümayiş etdiriblər.

Ankara bazar ertəsi baş vermiş bu hadisəyə görə İsraillə hərbi və iqtisadi sahələrdə əməkdaşlığı məhdudlaşdıracağı barədə xəbərdarlıq edib.

Könüllülər daha Qəzzaya yardım aparan daha bir gəminin yolda olduğunu bildirilər. Amma İsrail onu da Qəzzaya buraxmayacağını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG