Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:11

Avropa Birliyi subasmadan zərərçəkənlərə 65 min avro ayırıb


Avropa Birliyi Azərbaycanda subasmadan zərər çəkmiş vətəndaşlara 65 min avro yardım edib.

Bu barədə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

AzərTAc-ın məlumatına görə, ayrılan yardım Sabirabad rayonundakı kəndlərdən evakuasiya olunmuş və çadır şəhərciyində yaşayan 2200 vətəndaşın ərzaq və digər zəruri əşyalarla təchizatına sərf olunacaq.

Kür və Araz çaylarının daşması nəticəsində Azərbaycanın 40-a yaxın rayonunda kəndlər, əkin sahələri və otlaqlara xeyli ziyan dəyib.

Su altında qalan yaşayış məntəqələrinin sakinləri Şirvan və Sabirabadda salınan çadır şəhərciyinə köçürülüb.

Daşqınlar başlayandan sonra Şirvan və İmişlidə daşqınlarla bağlı qərargah yaradılıb. Hökumət hələ ki, dəyən ziyanın aradan qaldırılması üçün ayrılacaq vəsaiti müəyyənləşdirir.
XS
SM
MD
LG